“İRNA”ya müsahibə verən Əfqanıstanın müvəqqəti hökumətinin mətbuat katibi Amerika hərbi rəsmisinin İslam Əmirliyinin zəifliyi ilə bağlı açıqlamalarını rədd edib.
ABŞ-ın Yaxın Şərqdəki komandanlıq qərargahının komandiri Kurila dünən ABŞ Senatında deyib: “Talibanın ekstremist qrupları cilovlaya bilməməsi və ya istəməməsi Mərkəzi və Cənubi Asiyada sabitliyi pozur.”
Bu amerikalı məmur həmçinin əlavə edib: “Talibanın terror qruplaşmalarına qarşı mübarizə nöqteyi-nəzərindən Təhrike-Talibane Pakistana (TTP) təzyiq etmək istəyi çox azdır. Halbuki, TTP Pakistanın sərhəd bölgələri üçün ciddi təhlükədir.”
Lakin Əfqanıstanda müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid İRNA xəbər agentliyinin Kabildəki müxbiri ilə söhbətində bu cür bəyanatları Əfqanıstandakı reallıqlara və siyasətə zidd adlandırıb.
Sizin rəyiniz